Naqelsmanndan DÇ-2026-ya dəvət edəcəyi futbolçularla bağlı açıqlama

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann bu ilin yayında keçiriləcək dünya çempionatına dəvət edəcəyi oyunçularla bağlı açıqlama verib.

Komanda.az “Kicker”-ə istinadən xəbər verir ki, o, klublarında müntəzəm olaraq əsas heyətdə olan bəzi futbolçuların DÇ-2026-ya çağırılmayacağına işarə edib:

“Ümumiyyətlə, millinin baş məşqçisinin ən böyük təsiri heyət seçimidir. Hər şey kimin bir-birinə daha çox uyğun gəlməsindən asılıdır.

Elə qərarlar olacaq ki, bunu indi açıqlaya bilərəm. Amma yəqin ki, geniş şəkildə başa düşülməyəcək. Nə oyunçular, nə də geniş ictimaiyyət tərəfindən. Çünki bəlkə də, start heyətimizdə nəzərdə tutulmayan futbolçu klubu üçün əsas və “açar” oyunçudur”.

DÇ-2026 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button