![](https://komanda.az/wp-content/uploads/2024/05/30c41b02-ca6b-3928-9e59-7ac7f3524db8_850-780x470.jpg)
Millinin baş məşqçisi ilə yeni müqavilə
Futbol üzrə Serbiya milli komandası baş məşqçisi Draqan Stoykoviçlə müqavilə müddətini uzadıb.
Komanda.az xəbər verir ki, 59 yaşlı mütəxəssis daha 2 il yığma komandanı çalışdıracaq.
Serbiya yığması Stoykoviçin rəhbərliyi altında 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının final mərhələsinə yüksəlib. “Qırmızı-göylər” iyunun 14-də start götürəcək Avropa çempionatında da mübarizə aparacaqlar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin