Milli üçün Elza Seyidcahansayağı şeir

Kürşad

Bunun adı futboldur,
Futbolunku qoldur
Dur, dur, dur,
Vur, vur, vur!

Bizim Santuş babamız
Haqlayıbdır yetmişi,
Göz önündə keçmişi,
Çətindir onun işi,
Ye, ye, ye!
AFFA-ya “çox sağ ol”;
De, de, de!

Top yumrudur,
Meydan düzdür,
Təzyiq qalxıb, iki yüzdür,
0:6 sürprizdir?
Sür, sür, sür,
Get, get, get!

Qol vuran yox,
Buraxan çox,
Bədaviyə, Bəhlula bax!
Yalanlara, goplara,
Azarkeşin qarnı tox.
Bəh, bəh, bəh,
Əh, əh, əh!

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button