“Ümid edirəm ki, milli komandaya qayıda biləcəm” – İspan futbolçu

“Betis”in yarımmüdafiəçisi İsko İspaniya millisinə qayıtmaq istədiyini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, eyni zamanda, işindən razı olduğunu deyib:

“Ümid edirəm ki, milli komandaya qayıda biləcəm. Bu, mənim üçün ən böyük şeydir. İşimdən razıyam, milli komandaya çağırılmaq da mənim gördüyüm işdən asılıdır. Bunun mükafatını alsam, sevinərəm”.

İsko İspaniya millisinin heyətində sonuncu dəfə 2019-cu ilin iyununda, Avropa çempionatının seçmə mərhələsində İsveç yığması ilə matçda (3:0) oynayıb.

31 yaşlı ispaniyalı futbolçu 2023-cü ilin iyulunda “Sevilya”dan “Betis”ə keçib. Onun klubla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Yarımmüdafiəçi bu mövsüm 14 oyun keçirib, üç qol vurub və iki məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button