Milli komandada yeni baş məşqçi

Futbol üzrə Mərakeş yığma komandasının yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Mərakeş Futbol Federasiyası bu posta Vahid Halilhodziçi gətirib.

Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 67 yaşlı bosniyalı mütəxəssislə müqavilənin müddəti və detalları isə açıqlanmayıb.

Məşqçilik karyerası ərzində Fil Dişi Sahili, Əlcəzair və Yaponiya yığmalarını çalışdırmış Halilhodziç, geridə qalan mövsümdə Fransanın “Nant” klubuna rəhbərlik edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button