Milli komanda “Neftçi”yə məğlub oldu

Bakıdakı təlim-məşq toplanışını başa vuran 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, “Neftçi”nin U-17 komandasına qarşı keçirilmiş oyun 1:0 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Xatırladaq ki, U-16 toplanış çərçivəsində ilk oyununu EFA-nın U-17 komandasına qarşı keçirib və 5:0 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button