
“Milan”ın yerində olsaydım, “İnter”i yox, özümdən geridə olanları düşünərdim”
“Milan”ın sabiq müdafiəçisi Alessandro Kostakurta “Latsio”ya (0:1) məğlubiyyətdən sonra keşmiş komandasının A Seriyasındakı mövqeyi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Skudetto? “İnter”dən səkkiz xal geridə qalmaq çoxdur. Mən “Milan”ın yerində olsaydım, “İnter”i yox, özümdən geridə olan komandaları düşünərdim”.
“Milan” hazırda 60 xalla turnir cədvəlində 2-ci yerdədir. “İnter” 68 xalla lider, “Napoli” isə 59 xalla 3-cüdür. “Milan” martın 21-də “Torino” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



