“Alveş “Barselona” üçün düzgün seçim oldu”

“Milan”ın və Braziliya yığmasının sabiq futbolçusu Kafu “Barselona” ilə müqavilə imzalayan Dani Alveş haqda danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kafu, braziliyalı müdafiəçinin “Barselona” üçün düzgün seçim olduğunu deyib:

“Alveş məndən daha yaxşıdır. O, öz təcrübəsi ilə kluba xeyir verəcək. Hazırda fiziki durumu əladır. Hətta, o, Braziliya millisi ilə Qətərdə keçiriləcək dünya çempionatında oynaya bilər. Alveş “Barselona” üçün düzgün seçim oldu”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button