Maldini İbrahimoviç haqda: “Yeganə problem…”

“Milan”ın texniki direktoru Paolo Maldini Zlatan İbrahimoviçin “qırmızı-qaralar”a mümkün qayıdışı haqda danışıb.

Komanda.az xəbər verir ki, İtaliya mətbuatına danışan Maldini, isveçli hücumçuyla yanaşı, başqa variantlarının da olduğunu deyib:

“İbrahimoviçin adı qısa siyahımızda var və müzakirələrimiz davam edir. Başqa variantlarımız da var və bunlar haqda da düşünürük. İbrahimoviçin vəziyyətində yeganə problem oktyabrın 28-dən oynamamasıdır. Ancaq klubumuz bütün istedadlı futbolçuları gözdən keçirməyə hazırdır”.

İtaliya mətbuatı İbrahimoviçin “Milan”la müqavilə imzalayacağını iddia edir. 38 yaşlı hücumçu 2010-2012-ci illərdə də A Seriyası təmsilçisində forma geyinib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button