İbrahimoviç “Yuventus”la oyunda olacaq?

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç A Seriyasının 4-cü turunun “Yuventus”la səfər oyununu buraxa bilər.

Komanda.az xəbər verir ki, bu barədə isveçli futbolçu İtaliya mətbuatına açıqlamasında deyib. O, “axil vətəri”ndə problem olduğunu deyib:

“Turində oynayacam? Bilmirəm, heç kimə sirr deyil ki, “axil vətəri”mdə problem var. Oynamaq istəyirəm, ancaq supermen deyiləm. Çox çalışıram və səbrli olmağı sevirəm”.

Sentyabrın 19-da keçiriləcək “Yuventus” – “Milan” matçı saat 22:45-də başlayacaq.