“Milan”ın hücumçusu geri dönür

“Milan”ın hücumçusu Santyaqo Ximenes uzun fasilədən sonra komandası ilə ilk məşqini keçirib.

Komanda.az xəbər verir ki, bu barədə “MilanNews” məlumat yayıb.

24 yaşlı forvard oktyabrın sonunda topuğundan zədə almış və əməliyyat olunmuşdu. “Qırmızı-qaralar”ın tibbi heyəti yaxın günlərdə onun A Seriyasının 29-cu turunda “Latsio” ilə keçiriləcək matça hazır olub-olmayacağı barədə qərar verəcək.

Meksikalı futbolçu cari mövsümdə 11 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun “Milan”la müqaviləsinin müddəti 2029-cu ilin iyununa qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button