“Milan” futbolçusunu İngiltərə klubuna satdı – Rəsmi

“Milan”ın müdafiəçisi Aleks Ximenes icarə əsasında çıxış etdiyi “Bornmut”un tamhüquqlu futbolçusuna çevrilib.

Komanda.az xəbər verir ki, bu barədə İngiltərə Premyer Liqası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl KİV-də yayılan xəbərlərə görə, 20 yaşlı futbolçunun transferi üçün “Bornmut” “Milan”a 19 milyon avro ödəyəcək. Müqaviləyə əlavə olaraq 5 milyon avro bonus da daxildir.

İspaniyalı müdafiəçi cari Premyer Liqa mövsümündə 22 oyunda iştirak edib, 1 qol vurub.

“Bornmut” hazırda İngiltərə çempionatında 26 turdan sonra 37 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button