“Milan”ın baş məşqçi postuna əsas namizəd odur

“Milan” rəhbərliyi “Real”ın keçmiş baş məşqçisi Xulen Lopeteqini Stefano Piolinin potensial əvəzləyicisi kimi nəzərdən keçirir.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, “Milan” təmsilçiləri artıq bir neçə dəfə ispaniyalı çalışdırıcı ilə görüşüblər. Lakin hazırda “rossonyerlər” Lopeteqiyə konkret təklif etməyib. Milanlılar Lopeteqinin beynəlxalq futbolu yaxşı bilməsini və gənclərlə işləməsini yüksək qiymətləndirir.

57 yaşlı mütəxəssis 2018-ci ilin iyulundan oktyabr ayına kimi “Real”a rəhbərlik edib. Daha sonra 2019/22-ci illərdə Lopeteqi “Sevilya”nın baş məşqçisi vəzifəsində çalışıb. İspan məşqçi 2022-ci ilin noyabrından 2023-cü ilin avqustuna kimi “Vulverhempton”a rəhbərlik edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button