“Onun yoxluğu komandaya zərər verdi” – Pioli

“Milan”ın baş məşqçisi Stefano Pioli İtaliya A Seriyasının 34-cü turu çərçivəsində “Benevento”ya qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, yerli mətbuata danışan Pioli, 2:0 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları deyib:

“Komanda ruhu olmasaydı, heç nəyə nail ola bilməzdik. Son həftələrdə ciddi xal itkiləri yaşadıq, ancaq bu matçda yaxşı performans sərgilədik.

Zlatan İbrahimoviç çempiondur və o, ətrafındakı hər kəsi cəsarətləndirir. Onun yoxluğu komandaya zərər verdi. Lakin çətinliklərin öhdəsindən gəlməyi bacardıq”.

“Milan” A Seriyasında 69 xalla 2-ci sıradadır.