“Milan” almaniyalı hücumçunu izləyir

“Brügge”nin hücumçusu Nikolo Tresoldi 2026-cı il üçün “Milan”ın əsas hədəflərindən birinə çevrilib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu maraq yeni deyil. Milan klubunun nümayəndələri bir müddətdir ki, almaniyalı oyunçunu izləyirlər.

Tresoldinin hazırkı forması “Milan”ı razılaşma istiqamətində konkret addımlar atmağa vadar edib. Klubla oyunçunun ətrafı arasında tez-tez təmaslar olduğu bildirilir. “Qırmızı-qaralar”ın lehinə olan əsas amil Tresoldinin münasibətidir. Onun “Milan”a keçməyə istəkli olduğu deyilir.

21 yaşlı forvard bu mövsüm bütün yarışlarda 42 matçda iştirak edib, 12 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button