“Milan”ı məğlub edib, UEFA Gənclər Liqasının qalibi oldular

Yunanıstanın ”Olimpiakos” klubu UEFA Gənclər Liqasının qalibi olub.

Komanda.az xəbər verir ki, Pirey təmsilçisi turnirin final görüşündə İtaliyanın “Milan” komandasını 3:0 hesabı ilə məğlub edib.

Yunanların heyətində Kristos Mouzakitis, Antonios Papakanellos və Teofanis Bakulas fərqləniblər.

Oyun İsveçrənin Nyon şəhərindəki “Kolovray” stadionunda baş tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button