“Milan”dakı bu üç ili heç vaxt unutmayacam”

Olivye Jiru “Milan”dan ayrılmasını şərh edib. 

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı forvard komanda ilə keçirdiyi vaxtdan qürur duyduğunu etiraf edib:

“Gənc olanda “Milan”ı xəyal edirdim, indi fəxr etdiyim dövr var. “Milan”dakı bu üç ili heç vaxt unutmayacam”.

Mayın 13-də Jiru mövsümün sonunda “Milan”dan ayrılacağını açıqlayıb. O, 2021-ci ilin yayından İtaliya klubunda çıxış edir. 37 yaşlı futbolçu karyerasını “Los Anceles”də davam etdirəcək.

Hücumçu bu mövsüm “Milan”ın heyətində bütün turnirlərdə 45 oyun keçirib, 16 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button