
“Real”a qayıdacağı iddia olunan Modriçdən açıqlama
“Milan”ın yarımmüdafiəçisi Luka Modriç “Real”a mümkün qayıdışı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu şayiələrə qarışmayacağını söyləyib:
“Real”a qayıtmaq? Klub ətrafında həmişə çoxlu şayiələr olur, amma mən qarışmayacam. “Milan”da xoşbəxtəm”.
Son günlərdə mediada “Real”ın “Milan”ın baş məşqçisi Massimiliano Alleqri ilə maraqlandığı barədə məlumatlar yayılıb. Üstəlik, bu baş verərsə, italiyalı məşqçinin 13 il “Real”da oynamış və sonra “Milan”a keçmiş Modriçi Madrid klubuna geri qaytarmaq istədiyi bildirilir.
40 yaşlı yarımmüdafiəçinin İtaliya klubu ilə müqaviləsinin müddəti bu mövsümün sonuna qədərdir. Lakin oyunçunun istəyiylə müddət avtomatik olaraq daha bir il uzadıla bilər.
Bizi Facebook-da izləyin



