
Sabiq futbolçu “Milan”ın yeni transferini təriflədi
“Latsio”nun sabiq futbolçusu Paolo Di Kanio icarə əsasında “Vest Hem”dən “Milan”a keçən Niklas Fullkruqun transferini yüksək qiymətləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Mən Fullkruqu sevirəm. O, “Vest Hem”də çoxlu zədə almışdı, amma “Milan”da ondan çox şey gözləyirəm. O, cərimə meydançasında dominantdır. Ruben Loftus-Çiklə birlikdə “Milan”da rəqabət yarada bilərlər”.
Fullkruq artıq “Milan”da “Kalyari”yə qarşı oyunda (1:0) debüt edib. Milan klubu hazırda A Seriyasının turnir cədvəlində ikinci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



