“Milan”da ciddi itki

İtaliya çempionatı artıq sabah, fasilədən sonra bərpa olunur və həmin gün “Milan” doğma meydanda “Kalyari”ni qəbul edəcək.

Qarşılaşma ərəfəsində “Milan”ın baş məşqçisi Massimiliano Alleqri hücum xəttində ciddi problemlərlə üzləşib.

Rafael Leaonun bu oyunda meydana çıxacağı hələ də sual altındadır, çünki futbolçunun bərpası gözləniləndən daha uzun çəkir. Bununla yanaşı, əvvəlki matçın qəhrəmanı Kristofer Nkunku da “Kalyari” ilə görüşü buraxa bilər.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, fransalı hücumçu məşq zamanı zədələnib.

“Milan” hazırda A Seriyasının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button