“Milan” fransalı hücumçunu “qaralayıb”

“Kristal Pelas”ın hücumçusu Jan-Filipp Mateta A Seriyasına keçidə müsbət yanaşır.

Komanda.az “talksport”-a istinadən xəbər verir ki, “Milan”ın 28 yaşlı forvardla maraqlandığı bildirilir.

Matetanın “Kristal Pelas”la müqaviləsinin müddəti 2027-ci ildə başa çatacaq və hazırda tərəflər arasında yeni anlaşma ilə bağlı heç bir irəliləyiş yoxdur. Fransalı futbolçu öz gələcəyi barədə yekun qərarı 2026-cı il dünya çempionatından sonra verməyi planlaşdırır.

Mateta bu mövsüm bütün turnirlərdə 22 oyuna çıxıb, 9 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button