“Milan” və “İnter”dən yeni stadionla bağlı qərar

Ev oyunlarını eyni stadionda keçirən əzəli rəqiblər – “Milan” və “İnter” yeni bir layihəyə hazırlaşırlar.

Komanda.az “Gazetta dello Sport”a istinadən xəbər verir ki, hər iki klub yeni stadion üçün birlikdə işləyəcəklər. Məsələylə bağlı açıqlama verən “İnter” rəsmisi Alessandro Antonello, yeni stadiona ehtiyac olduğunu deyib:

“İnter” və “Milan” arena üçün birlikdə çalışır. Tezliklə ortaq qərarlarımızı açıqlayacağıq. Milanın artıq yeni bir stadiona ehtiyacı var. Avropanın ən yaxşı şəhərlərindən biri daha yaxşı stadiona layiqdir”.

“Milan”ın “San Siro”, “İnter”in isə “Cüzeppe Meatsa” adlandırdığı stadion 1926-cı ildə tikilib və 80 min azarkeş tutumuna malikdir. Komandalar 1947-ci ildən etibarən arenadan ortaq şəkildə istifadə edirlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button