Əlcəzairli futbolçu “Milan”a qayıdacaq

İsmael Bennaser 2022-ci ildə “Milan”da uğurlu mövsüm keçirsə də, daha sonra yeni baş məşqçi Massimiliano Alleqrinin planlarında özünə yer tapa bilmədi. Əlcəzairli futbolçu bu səbəbdən icarə əsasında Zaqreb “Dinamo”suna göndərildi.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Bennaserin işləri Xorvatiya təmsilçisində də yolunda getmir. O, zədələr və güclü rəqabət səbəbindən tez-tez əsas heyətdən kənarda qalır. Bu vəziyyət isə onun mövsümün sonunda geri qaytarılması ehtimalını artırır.

Halbuki “Milan” rəhbərliyi Zaqreb klubunun futbolçunun transfer hüquqlarını birdəfəlik alacağına ümid edirdi. Bu vəziyyət “qırmızı-qaralar” üçün əlavə başağrısıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button