“Milan” türkiyəli futbolçu üçün danışıqlara başlayacaq

“Milan” Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Əhli”də çıxış edən Merih Demiralla maraqlanır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, müdafiə xəttini gücləndirmək istəyən “qırmızı-qaralar” türkiyəli oyunçunu icarəyə götürmək niyyətindədir.

Səudiyyə Ərəbistanı klubu futbolçunun gələcəyi ilə bağlı qərarını verməyib. Klublar arasında bu həftə danışıqlar başlayacaq.

Demiral daha əvvəl İtaliyada “Atalanta” və “Yuventus”da forma geyinib. O, mövsümün əvvəlindən “Əl-Əhli”də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button