
“Milan” milli komandanın üzvünü razı salmağa çalışır
“Milan” rəhbərliyi komandanın müdafiəçisi Fikayo Tomori ilə yeni müqavilə üzrə danışıqları davam etdirir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, danışıqlar yaxşı getsə də, tərəflər hələlik bütün detallarda razılığa gəlməyib.
Yeni müqavilə ilə bağlı söhbətlər ilk dəfə 2025-ci ilin avqustunda başlayıb. 23 yaşlı müdafiəçi klubda qalmaq istəyir, ona Milan şəhərində yaşamaq və eyni adlı komandada oynamaq rahatdır.
İngiltərə millisinin üzvünün “Milan”la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. O, cari mövsümdə A Seriyasında 25 oyuna çıxıb və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



