
“Milan” “Sportinq”in müdafiəçisi üçün hərəkətə keçib
“Milan” Lissabon “Sportinq”inin müdafiəçisi Osman Diomande ilə maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan təmsilçisinin nümayəndələri artıq “Sportinq”lə mümkün transfer barədə əlaqə saxlayıblar.
22 yaşlı futbolçu 2023-cü ildən Portuqaliya klubunda çıxış edir və qısa zamanda ölkə çempionatının ən perspektivli müdafiəçilərindən birinə çevrilib.
Fil Dişi Sahilindən olan futbolçu bu mövsüm 25 oyunda iştirak edib, 1 qol vurub. Onun “Sportinq”lə müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



