Nikolas Cekson İtaliya klubuna keçə bilər

“Çelsi”dən icarə əsasında “Bayern”də çıxış edən hücumçu Nikolas Cekson karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, Münhen klubu seneqallı futbolçunu satın almaq niyyətində deyil. “Milan” isə onu transfer etməkdə maraqlıdır. “Qırmızı-qaralar” 24 yaşlı forvardı bu yay birdəfəlik satınalma hüququ ilə icarəyə götürmək istəyirlər.

Cekson cari mövsümdə “Bayern”in heyətində bütün yarışlarda 26 oyunda meydana çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun “Çelsi” ilə müqaviləsinin müddəti 2033-cü ilin 30 iyununa qədərdir. O, London klubuna 2023-cü ildə, “Vilyarreal”dan 37 milyon avroya keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button