“Milan” öz oyununu göstərə bilmir” – Keçmiş futbolçu

İtaliyalı keçmiş futbolçu Massimo Ambrozini İtaliya A Seriyasının 21-ci turunun “İnter” – “Milan” (1:0) oyununu şərh edib.

Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, o, “qırmızı-qaralar”ın oyun üslubu haqda danışıb:

“Milan” öz oyununu göstərə bilmir. Heç başqa klubun da oyun tərzini nümayiş etdirə bilmirlər. Bu, birinci hissədə özünü göstərdi”.

Bu matçdan sonra “Milan” İtaliya çempionatının turnir cədvəlində 38 xalla 6-cı, “İnter” isə 43 xalla 2-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button