
Əlcəzairli futbolçu Xorvatiya klubundan ayrılır
“Milan” yarımmüdafiəçisi İsmael Bennaserin “Dinamo”ya (Zaqreb) icarəyə verilməsiylə oyunçunun tam transferinin həllinə böyük ümid bəsləyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, lakin əlcəzairli futbolçu artıq Xorvatiya klubundan ayrılmaq üzrədir. O, daha bir zədə alıb və bir neçə həftə oynaya bilməyəcək. Bu da oyunçunun “Dinamo” tərəfindən transferini təhlükəyə atır. Klub demək olar ki, tələb olunan məbləği ödəməyə və yarımmüdafiəçini “Milan”dan almağa hazır olub, amma indi bu planlara yenidən baxıla bilər. Bennaserin artıq “Milan”da yeri yoxdur və məhz buna görə də o, icarəyə verilib.
28 yaşlı futbolçu 2019-cu ildə “Empoli”dən “Milan”a keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



