Akenin daha bir “müştəri”si var – Bu dəfə İtaliyadan

Niderland millisinin və “Mançester Siti”nin müdafiəçisi Natan Ake karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun transferində “Milan” maraqlıdır.

Ake 2026-cı ildə keçiriləcək dünya çempionatı ərəfəsində sabit oyun praktikası qazanmaq üçün klubunu dəyişmək niyyətindədir. “Milan” rəhbərliyi də bu vəziyyəti nəzərə alaraq niderlandlı müdafiəçini əsas hədəflərdən biri kimi dəyərləndirir.

Ake ilə “Atletiko”, “Barselona” və İngiltərə Premyer Liqasından bir neçə klub da maraqlanır. Ancaq hazırda “Bornmut” onun üçün ən real seçim hesab olunur.

Akenin “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. O, cari mövsümdə Premyer Liqada 10 oyunda meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button