
“Milan” Modriçi itirə bilər
“Milan”ın yarımmüdafiəçisi Luka Modriçin gələcəyi sual altındadır.
Komanda.az xarici KİV-ə istinadən istinadən xəbər verir ki, İtaliya klubunun uğursuz mövsüm keçirməsindən sonra xorvatiyalı futbolçunu komandada qalmağa inandırmaq asan olmayacaq. Tərəflər arasında hazırkı müqavilənin müddəti iyunun sonunda bitir, lakin anlaşma oyunçunun istəyi ilə avtomatik olaraq daha bir il uzadıla bilər.
“Milan” bu mövsümü məyusedici sonluqla başa vurub və UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməyib. Milan klubu A Seriyasının son matçında evdə “Kalyari”yə 1:2 hesabı ilə uduzub və bu, ilk dördlükdən düşməsinə səbəb olub. Amma komanda Avropa Liqasına vəsiqə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



