“Milan” Maldinini icarəyə verdi

“Empoli” “Milan”ın hücumçusu Daniel Maldinini icarəyə götürüb.

Komanda.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.

21 yaşlı futbolçu 2023/2024 mövsümünü icarə əsasında “Empoli”də keçirəcək. Klub mövsümün sonunda onun transfer hüquqlarını da ala bilər.

Daniel Maldini “Milan” və İtaliya futbolunun əfsanəsi Paolo Maldininin oğludur. O, ötən mövsüm də “Spetsiya”da icarədə keçirib – 20 oyun, 3 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button