“Milan” Levandovskinin agenti ilə görüşüb

“Milan” Robert Levandovskinin transferinə ən ciddi maraq göstərən tərəf kimi ön plana çıxıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın bu addımında əsas səbəblərdən biri hücum xəttindəki məhsuldarlığın aşağı olmasıdır. Komandanın əsas hücumçuları – Rafael Leao və Kristian Pulişiç cari mövsümdə gözləntiləri doğrultmur. Xüsusilə, Pulişiç 2026-cı ildə hələ qol hesabını açmayıb.

Polşalı forvardın agenti Pini Zahavi artıq “Milan” rəhbərliyi ilə bir neçə görüş keçirib və yaxın vaxtlarda yeni danışıqların baş tutması planlaşdırılır.

Transferin reallaşmasına mane ola biləcək əsas amil isə futbolçunun maliyyə tələbləridir. Belə ki, Levandovski hazırda mövsümdə təxminən 20 milyon avro qazanır və yeni klubunda da yüksək maaşını qorumaq niyyətindədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button