“Milan” hücumçusunu icarəyə verdi

İtaliyanın “Milan” klubu hücumçusu Lorenso Kolombonu icarəyə göndərib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi 19 yaşlı futbolçunu bu dəfə SPAL-a icarəyə verib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Gənc futbolçu 2021/22 mövsümünün sonuna kimi SPAL-ın uğurları üçün çalışacaq.

Kolombo ötən mövsüm də B Seriyasında çıxış edən “Kremoneze”də icarədə oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button