“Milan” hücumçusuna qiymət qoyub

“Milan” hücumçusu Kristofer Nkunku ilə yollarını ayırmağa hazırlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın rəhbərliyi yay transfer dönəmində 28 yaşlı futbolçunun satışından ən azı 30 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Nkunku “Milan”a ötən ilin avqustunda, “Çelsi”dən 37 milyon avro qarşılığında transfer olunmuşdu. Ancaq fransalı forvard baş məşqçi Massimiliano Alleqrinin komandasında gözləntiləri tam doğrulda bilməyib. Bu səbəbdən, mümkün ayrılıqla bağlı iddialar son aylarda gündəmdən düşmür.

O, cari mövsümdə 32 oyunda meydana çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button