
“Milan” hər kəs üçün çox təhlükəli ola bilər” – Sabiq futbolçu
“Milan”ın sabiq oyunçusu Alessandro Kostakurta komandanın gücündən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu klubun rəqiblər üçün təhlükəli ola biləcəyini deyib:
“Mən başqa klubların yerində olsaydım, narahat olardım. “Milan”ın bütün sahələrdə inkişaf etmək üçün çox yeri var. Və bu baş verdikdə, klub hər kəs üçün çox təhlükəli ola bilər”.
Kostakurta bütün karyerasını “Milan”da keçirib və 2007-ci ildə futbolçu karyerasını sonlandırıb.
“Milan” hazırda A Seriyasının turnir cədvəlində 2-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



