
Vieri “Milan”ın 74 milyon avroluq transferini təriflədi
“Milan”ın və İtaliya millisinin sabiq futbolçusu Kristian Vieri, “qırmızı-qaralar”ın yeni transferi Qonçalo Ramoş haqqında danışıb.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Vieri, portuqaliyalı hücumçunun transferini dəyərləndirərək, onun dünya səviyyəli futbolçu olduğunu bildirib:
“Artıq 10 ildir ki, “Milan”ın Qonçalo Ramoş kimi hücumçusu olmamışdı. O, möhtəşəm futbolçudur. “Milan” dünya səviyyəli oyunçu transfer edib”.
25 yaşlı forvard “Milan”a bu yay PSJ-dən 74 milyon avro qarşılığında keçib. O, yeni klubu ilə müddəti 2031-ci il iyunun 30-dək qüvvədə olacaq müqavilə imzalayıb.
Ramoş 2025/26 mövsümündə PSJ-nin heyətində bütün turnirlərdə 45 oyuna çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



