Danimarkalı futbolçu “Milan”ı tərk edəcək

Simon Kyaer cari mövsümün sonunda “Milan”ı tərk edəcək.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, 35 yaşlı danimarkalı futbolçunun agenti onun komandanı azad agent kimi tərk edəcəyini təsdiqləyib.

Kyaer 2020-ci ilin yanvarından “Milan”da çıxış edir. Müdafiəçi bu müddət ərzində 120 rəsmi oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

“Milan” hazırda İtaliya çempionatının turnir cədvəlində 2-ci yerdədir. Stefano Piolinin komandası çempionluq titulunu qazanan “İnter”dən 19 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button