“Milan” “Bayern”in hücumçusu ilə maraqlanır

“Milan” “Bayern”in hücumçusu Tomas Mülleri transfer etmək istəyir.

34 yaşlı futbolçunun Münhen təmsilçisi ilə müqaviləsi gələn ilin yayına qədər nəzərdə tutulub. Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, Almaniya klubunun rəhbərliyi Müllerlə sözləşməni yeniləmək istəmir. 

Almaniyalı forvard bu mövsüm bütün turnirlərdə ümumilikdə 575 dəqiqə meydanda olub. O, 2 qol vurub və 5 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button