“Roma”dan çətin qələbə

İtaliya A Seriyasında 24-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, açılış oyununda lider “Yuventus” autsayder “Frozinone”ni sınağa çəkib. Turin təmsilçisi bu oyunda darmadağına sevinib.

Şənbə günü daha iki görüş baş tutub. “Kalyari” doğma meydanda “Parma”ya qalib gəlib. Turun maraqla gözlənilən qarşılaşmasında “Milan” çətin “Atalanta” səfərinə yollanıb. Qonaqlar bu görüşdən inamlı qələbəylə ayrılıblar.

Turun əksər görüşləri bazar gününə təsadüf edib. “Empoli” doğma meydanda “Sassuolo”nu, “Udineze” isə “Kyevo”ya qalib gəlib. Səfərdə “Cenoa” ilə qarşılaşan “Latsio” məğlubiyyətlə üzləşib. “Fiorentina” isə SPAL-la səfər matçında darmadağına sevinib. “İnter” “Sampdoriya”nı məğlub yola salıb. “Napoli” isə “Torino” ilə ev oyunundan xal itkisi ilə ayrılıb.

Son oyun günündə “Roma” “Bolonya”nı qəbul edib. “Canavarlar” bu görüşdən çətin qələbə ilə ayrılıblar.

İtaliya A Seriyası, 24-cü tur

15 fevral

Yuventus – Frozinone 3:0
Qol: Dibala, 6. Bonuççi, 17. Ronaldo, 63.

16 fevral

Kalyari – Parma 2:1
Qol: Pavoletti, 66; 85 – Kuçka, 40.

Atalanta – Milan 1:3
Qol: Freuler, 33 – Piatek, 45; 61. H.Çalhanoğlu, 55.

17 fevral

SPAL – Fiorentina 1:4
Qol: Petanya, 36 – Fernandes, 44. Veretu, 79-pen. Simeone, 80. Jerson, 88.

Empoli – Sassuolo 3:0
Qol: Kruniç, 34. Açka 37. Farias, 60.

Cenoa – Latsio 2:1
Qol: Sanabriya, 75. Krişito, 90 – Badel, 44.

Udineze – Kyevo 1:0
Qol: Teodorçik, 85.

İnter – Sampdoriya 2:1
Qol: D’Ambrozio, 73. Naynqqolan, 78 – Qabbyadini, 75.

Napoli – Torino 0:0

18 fevral

Roma – Bolonya 2:1
Qol: Kolarov, 55-pen. Fasio, 73 – Sansone, 84.

Bombardir: Kriştiano Ronaldo (Yuventus) – 19 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button