“Milan” almaniyalı futbolçunu transfer etmək istəyir

Dortmund “Borussiya”sının müdafiəçisi Niklas Sule karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu ilə “Milan” ciddi şəkildə maraqlanır.

“Qırmızı-qaralar” yay transfer dönəmində müdafiəçilərindən birinin ayrılacağı təqdirdə, Sulenin transferini ehtimal variant kimi nəzərdən keçirir.

Almaniyalı futbolçu 2022-ci ilin yayından “Borussiya”da çıxış edir. Onun klubla hazırkı müqaviləsinin müddəti 2026-cı ilin iyununa qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button