Mikelslə “Sabah” arasında nə baş verir?

“Sabah”la Azərbaycan çempionu olan Coy Lens Mikelsin paytaxt klubundan ayrılmağa qərar verdiyi iddia olunur.

Komanda.az-a kluba yaxın mənbədən verilən məlumata görə, futbolçu hələ ayrılmaqla bağlı son qərarını verməyib.

“Sabah” Mikelsə müqavilə təklif edib, o isə bu təklifə hələ ki, cavab verməyib.

32 yaşlı almaniyalı hücumçunun “bayquşlar”la müqaviləsinin müddəti bu ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button