“Meydanda super “Neftçi” var idi” – Samir Abasov

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Zirə”yə qarşı keçirdikləri cavab oyununu (0:0, ilk oyun 0:1) şərh edib.

Komanda.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı səfər matçından sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Üzüldüyüm sadəcə mərhələ keçə bilməməyimizdir. İki oyunda qapımıza doğru cəmi bir top gəldi. Onda da top Səlahətin əlindən çıxdı və qol buraxdıq. Futbol bəxti bu olsa gərək. Oyunda üstünlük bizdə idi. Üzümdən də görürsüz, zərrə qədər də heyfslənmək yoxdur. Bu gün meydanda super “Neftçi” var idi. Uğurlarımız gələcək. Bəzi məqamlar var ki, onları dəyişməliyik, bunun üçün də yayı gözləməliyik. Bu gün Monroz tam hazır deyildi, amma ondan da razı qaldım. Məncə, pis deyil, hər şey yaxşıdır.
  • “Neftçi”nin bu gün hücumçusuzluqdan əziyyət çəkdiyini düşünmürsüz?
  • Pis futbolçu yoxdur. Təklif olunan futbolçular var, lakin onlar mənim oyun tərzimə uyğun deyil. Onları götürməsəm də, oynaya bilərəm. Ümumi komanda şəklində hücumda iştirak etməlidir. Bəzi məqamlar var ki, hücumçu oyunu öz üzərinə götürməlidir. Bu oyunda biz bunun yoxluğunu hiss etdik. Biz demirik ki, Mirabdulla pisdir, yox. Sadəcə, tək onunla da alınmır.
  • Qapıda yenidən Səlahətin olması nə ilə bağlı idi?
  • Həvəsdən düşməməlidir. Bu gün də eyni səhvi edə bilərdi. Mən bütün məsuliyyəti öz üzərimə götürdüm.
  • Növbəti oyun “Qarabağ”ladır. Psixoloji durumu necə düzəldəcəksiz?
  • Bu oyun göstərdi ki, yaxşı yoldayıq. Sadəcə, bir az zaman lazımdır. Psixoloji durumumuzu düzəltməliyik. İnandırım sizi, çox yaxşı olacağıq. Bizə bir az vaxt lazımdır. “Qarabağ”ı yaxşı tanıyırıq, bizə çətin olacaq. Nəticə nə olur olsun, düzələcəyik. Bu gün mən rəhbərlikdən vaxt istəmirəm, lakin hamı anlamalıdır.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button