“Hazard meydana çıxanda əsl heyvana çevrilirdi”

“Çelsi”nin sabiq hücumçusu Temmi Abraham eyni komandada oynamaq imkanı əldə etdiyi ən yaxşı futbolçunun adını açıqlayıb.

Komanda.az “TBR Football”-a istinadən xəbər verir ki, ingiltərəli forvard oynadığı ən yaxşı futbolçunun “Çelsi”nin keçmiş vingeri Eden Hazard olduğunu deyib: 

“Ən yaxşısı Eden Hazard idi. Məşqlər zamanı Hazard çox səy göstərməsə də, meydana çıxanda əsl heyvana çevrilirdi. Meydanda o, tamamilə fərqli idi”.

Hazard 2023-cü ildə karyerasını bitirdiyini açıqlayıb. Onun son klubu “Real” olub. Belçikalı keçmiş futbolçu “Çelsi” və “Lill”də də çıxış edib.

Abraham hazırda “Roma”nın futbolçusudur. 26 yaşlı hücumçu bu mövsüm İtaliya çempionatında 6 oyun keçirib və 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button