Messi: “Şübhəsiz ki, mənim üçün Yamal ən yaxşısıdır”

“İnter Mayami”nin hücumçusu Lionel Messi, “Barselona”nın vingeri Lamin Yamal haqqında fikirlərini bölüşüb.

Argentinalı forvard tədbirlərin birində ona karyerasının ilk illərini xatırladan futbolçunun kim olduğu ilə bağlı sualı cavablandırıb və o, Yamalı xüsusi vurğulayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Messi, yeni nəsil futbolçular arasında çox istedadlı oyunçuların olduğunu, ancaq seçim etmək lazım gəlsə, Yamalın ön plana çıxdığını bildirib:

“Yeni nəsil çox yaxşıdır və qarşılarında uzun illər var. Amma seçim etməliyəmsə, yaşını, artıq etdiklərini və gələcək potensialını nəzərə alsaq, bu, Lamin Yamaldır. Şübhəsiz ki, mənim üçün o, ən yaxşısıdır”.

Karyerasının böyük hissəsini “Barselona”da keçirən 38 yaşlı Messi 2021-ci ildə Kataloniya klubundan ayrılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button