Messinin transfer qiyməti 5 milyon avro azalıb

“İnter Mayami”nin hücumçusu Lionel Messinin transfer qiyməti 5 milyon avro ucuzlaşıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, əvvəl argentinalı futbolçunun transfer qiyməti 35 milyon avro olub. İndi isə 30 milyon avrodur.

Messi bu mövsüm 5 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə verib. 35 yaşlı futbolçunun klubla müqaviləsi 2025-ci ilin dekabr ayının sonuna kimidir.

“İnter Mayami” MLS Şərq Konfransında 6 oyundan sonra 10 xalla ikinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button