Messinin mühafizəçisi insidentdə iştirak edib

“İnter Mayami”nin hücumçusu Lionel Messinin şəxsi mühafizəçisi insidentdə iştirak edib. 

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçunun mühafizəçisi komanda Honq-Konqa çatdıqdan sonra yerli təhlükəsizlik xidmətinin nümayəndəsi azarkeşlər tərəfindən oyunçuya hücumların qarşısını almaq üçün Messiyə yaxınlaşmağa çalışsa da, arxada gedən mühafizəçi təhlükəsizlik əməkdaşına bunu etməyə icazə verməyib. Messinin mühafizəçisi təhlükəsizlik nümayəndəsini kəskin şəkildə itələyib.

Messinin şəxsi mühafizəçisi onu hansısa arzuolunmaz əlaqədən qorumaq üçün bütün “İnter Mayami” matçları zamanı yan xətt boyunca qaçır. O, İraq və Əfqanıstanda döyüş təcrübəsi olan, döyüş sənətinə yiyələnən və bir neçə MMA döyüşlərində iştirak edən ABŞ ordusunun keçmiş xüsusi təyinatlı əsgəri Yasin Çuekodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button