Messinin atası ərəblərin təklifinə “hə” deyib

PSJ-nin hücumçusu Lionel Messi “Əl Hilal”a keçə bilər.

Komanda.az “Foot Mercato”-ya istinadən xəbər verir ki, 35 yaşlı argentinalı futbolçu Səudiyyə Ərəbistanı klubuna keçməyə meyllidir. Ər-Riyad komandası Messiyə 1,2 milyard avro alacağı iki illik müqavilə təklif edib.

Hücumçunun atasının artıq bu təklifə razılaşdığı deyilir.

Eyni zamanda, Messinin “Barselona”dan da sərfəli təklif gözlədiyi qeyd edilir.

Messi 2022/23 mövsümündə 40 oyun keçirib, 21 qol vurub və 20 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button