Əlcəzair millisinin kapitanı: “Messi bizim üçün həddindən artıq güclü idi”

Əlcəzair millisinin kapitanı Aissa Mandi DÇ-2026-nın qrup mərhələsinin ilk oyununda Argentina yığması ilə matçdan (0:3) sonra rəqibin hücumçusu Lionel Messi haqqında danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, oyunda het-trik edən Messi barədə danışan Mandi, komandalar arasındakı əsas fərqin məhz argentinalı forvard olduğunu bildirib:

“Fərqi yaradan onların amansız futbolçusunun olması idi. Demək olar ki, onun hər təhlükəli epizodu qolla nəticələnir. O, bəlkə də, bütün zamanların ən yaxşı futbolçusudur. Onun məhsuldarlığı heyrətamizdir və biz bunu bilirdik. Messini zərərsizləşdirməyə çalışdıq, ancaq buna nail ola bilmədik. O, bizim üçün həddindən artıq güclü idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button