Klubu Messinin durumu ilə bağlı açıqlama yaydı

“İnter Mayami”nin mətbuat xidməti komandanın hücumçusu Lionel Messinin durumu ilə bağlı açıqlama yayıb.

MLS-də “Filadelfiya” ilə keçirilən və 6:4 hesabı ilə başa çatan matçın 73-cü dəqiqəsində əvəzlənən 38 yaşlı futbolçunun sol ayağının arxa əzələsində yorğunluq və yüklənmə aşkarlandığı bildirilib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klubun açıqlamasında argentinalı futbolçunun yaşıl meydanlara qayıdış müddətinin onun kliniki və funksional bərpa prosesindən asılı olacağı vurğulanıb.

Daha əvvəl Messi Argentina millisinin 2026-cı il dünya çempionatı üçün geniş heyətinə daxil edilmişdi.

Mundial iyunun 11-də start götürəcək. Argentina millisi ilk oyununu iyunun 17-də Əlcəzair yığmasına qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button